Modern.az

İranda məktəblilər arasında kütləvi zəhərlənmə

İranda məktəblilər arasında kütləvi zəhərlənmə

15 Fevral 2023, 15:24

İranın Tehran və Qum şəhərlərində yerləşən məktəblərdə şagirdlər arasında kütləvi zəhərlənmə olub.

 

Modern.az xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.

 

Zəhərlənən tələbələrin çoxu xəstəxanaya çatdırılıb. Belə ki, Qum şəhərinin 13 məktəbində 120 şagird zəhərlənərək hospitala yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Lakin hadisənin səbəbləri açıqlanmayıb.

 

İranın təhsil naziri Yusif Nuri isə zəhərlənmə xəbərlərini “şayiə” adlandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər