Modern.az

Qar uçqunları nəticəsində 9 nəfər öldü

Qar uçqunları nəticəsində 9 nəfər öldü

15 Fevral 2023, 15:52

Tacikistanın Dağlıq Bədəxşan bölgəsində qar uçqunları nəticəsində 9 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Tacikistan" yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Qar uçqunlarında daha bir neçə nəfər itkin düşüb, xilasedicilər onları axtarır. 12 yaralı şəhər xəstəxanasına çatdırılıb, onlardan ikisinin vəziyyəti ağırdır.

 

Bildirilir ki, qar uçqunu nəticəsində 22 yaşayış binasına zərər dəyib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər