Modern.az

Zəlzələ yer qabığında dəyişikliyə səbəb olub

Zəlzələ yer qabığında dəyişikliyə səbəb olub

Dünya

15 Fevral 2023, 16:28

Türkiyədə baş verən güclü zəlzələlər nəticəsində yer qabığında 7,3 metrə qədər dəyişiklik olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) nümayəndəsi Orhan Tatar bildirib.

 

Onun sözlərinə görə, zəlzələ Şərqi Anadolu fay xəttində baş verib. Zəlzələ nəticəsində 5 müxtəlif seqment dağılıb.

 

Bildirilib ki, fevralın 6-sı baş verən dağıdıcı zəlzələlərdən sonra 3858 afterşok qeydə alınıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər