Modern.az

Ukraynanın bir sıra bölgələrində həyəcan siqnalı verildi

Ukraynanın bir sıra bölgələrində həyəcan siqnalı verildi

Dünya

15 Fevral 2023, 17:14

Ukraynanın bir sıra vilayətlərində hava hücumu ilə bağlı həyəcan siqnalı verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. 

 

Bildirilib ki, paytaxt şəhərin yerləşdiyi Kiyev vilayətində, Çerkasskda və digər bölgələrdə həyəcan siqnalı eşidilib.

 

Rusiyanın aviazərbələri və raket hücumları ilə bağlı ehtimallar var.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər