Modern.az

Ukrayna müharibəsində tərəflərin əsas PROBLEMİ

Ukrayna müharibəsində tərəflərin əsas PROBLEMİ

15 Fevral 2023, 17:31

Ukraynada davam edən müharibədə döyüşən tərəflərin əsas problemi sursat çatışmazlığıdır.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın "New York Times" qəzetində dərc olunan məqalədə qeyd edilib.

 

Nəşr bildirir ki, NATO-nun hərbi-sənaye kompleksi Ukraynanın sürətlə tükənən sursat arsenalına çətinliklə ayaq uydurur, Moskva isə kömək üçün İran və ya Şimali Koreya kimi müttəfiqlərinə müraciət etmək məcburiyyətində qalıb.

 

NATO-nun baş katibi Yens Stoltenberq artıq bəyan edib ki, hazırda silahlı toqquşma əslində logistik yarışa çevrilib.

 

"Moskva artıq növbəti hücuma keçib və Ukrayna Silahlı Qüvvələrinin komandanlığı da əks-hücuma hazırlaşır, müharibənin növbəti mərhələsinin nəticəsi daha çox hansı tərəfin ordusunu daha sürətli və daha səmərəli silahlandıra biləcəyindən asılı olacaq", - deyə məqalədə bildirilir.

 

Müəllif yazır ki, Ukrayna ordusu Sovet dövründən qalma artilleriya və silah sistemlərindən asılı olduğu keçən yaydan daha yaxşı vəziyyətdədir. Hazırda müharibə əsasən artilleriyanın köməyi ilə aparılır. İndiyədək Ukrayna Silahlı Qüvvələri öz mövqelərini qoruyub saxlaya bilib, faktiki olaraq ruslara ağır itkilər verirlər, lakin döyüş sursatları Qərbdə istehsal olunandan daha çox istifadə edilir.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər