Modern.az

Almaniya Azərbaycanla sərhədə polislər göndərir

Almaniya Azərbaycanla sərhədə polislər göndərir

15 Fevral 2023, 21:43

Ermənistanın Azərbaycanla sərhədinə göndəriləcək Avropa İttifaqı (Aİ) missiyasında Almaniyadan 15 polis əməkdaşı iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Şteffen Hebestreit bildirib. 

 

Silahsız hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan tərəfində sərhəddə patrul edəcək.

 

"Federal Nazirlər Kabineti Almaniyanın Avropa İttifaqının Ermənistandakı yeni missiyasında (EUMA) Azərbaycanla beynəlxalq sərhəddə iştirak etməsi barədə qərar qəbul edib", - deyə o qeyd edib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər