Yaxın gələcəkdə ABŞ Ukrayna büdcəsini dəstəkləmək üçün 9,9 milyard dollar ayıracaq.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Digər Dövlətlərə Yardım İdarəsinin direktoru Dafne Rend bildirib.
ABŞ Ukrayna büdcəsini dəstəkləmək üçün artıq 13 milyard dollar ayırıb.
"Yaxın aylarda biz 9,9 milyard dollar ayırmağı planlaşdırırıq və Ukrayna hökumətinə ölkənin həyat qabiliyyətini saxlamaqda və lazım gələrsə, əlavə büdcə dəstəyi verməkdə kömək etməyə hazırıq", - Dafne Rand deyib.
Akif İsmayılov