Modern.az

Rusiya taktikasını dəyişib - Yermak

Rusiya taktikasını dəyişib - Yermak

16 Fevral 2023, 09:36

Rusiyanın Ukrayna ərazisinə atdığı raketlər ölkənin şimal və qərb vilayətlərinə düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak "Telegram" kanalında yazıb.

 

O bildirib ki, Lvov, Dnepropetrovsk və Kirovoqrad vilayətləri raket zərbələrindən zərər çəkib.

 

"Rusiya bir qədər taktikasını dəyişib. Onlar aktiv kəşfiyyat aparır. Amma hava hücumundan müdafiə sistemlərimiz düşmən raket və PUA-larının böyük hissəsini zərərsizləşdirir", - deyə Yermak qeyd edib.

 

İtki və dağıntılar barədə məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?