Modern.az

Avtobus qəzası: 1 nəfər öldü, 7 yaralı var

Avtobus qəzası: 1 nəfər öldü, 7 yaralı var

16 Fevral 2023, 09:58

Rusiyanın Şimali Qafqaz regionunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

 

Məlumata görə, qəza İnquşetiya Respublikasında qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan sərnişin avtobusu magistral yoldan çıxıb və yaxınlıqdakı kanala düşüb. Nəticədə 1 nəfər həyatını itirib, daha 7 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

 

Hazırda qəzanın səbəbləri araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?