Rusiya qüvvələri bu gecə Ukrayna ərazilərinə 32 raket atıb.
Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, gecə hücumu zamanı 12 ədəd X-101/X-555 qanadlı raketləri, 8 ədəd kalibrli qanadlı raket, 12 ədəd X-22 qanadlı raketləri, 2 ədəd isə X-59 idarə olunan raket Ukraynaya atılıb.
"İşğalçıların 16 raketi məhv edilib, onlardan bəziləri isə hədəflərinə çatıb və mühüm infrastruktur obyektlərini vurub", - deyə məlumatda qeyd olunub.
İtkilər barədə məlumat verilməyib.