Modern.az

Türkiyənin zəlzələ bölgəsi daha 2 dəfə SİLKƏLƏNDİ

Türkiyənin zəlzələ bölgəsi daha 2 dəfə SİLKƏLƏNDİ

16 Fevral 2023, 10:22

Türkiyənin zəlzələ baş vermiş cənub-şərq bölgəsində növbəti 2 yeraltı təkan qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat verilib.

 

Belə ki, Kahramanmaraş və Malatya vilayətlərində 2 yeni zəlzələ olub.

 

Kahramanmaraşın Türkoğlu rayonundakı zəlzələ Rxiter şkalası ilə 3.8 balla qiymətləndirilib və ocağı yerin 7 kilometr dərinliyində yerləşib.

 

Malatyadakı silkələnmə isə vilayətin Battalqazi rayonunda baş verib və maqnitudası 4.4 olub. Bu zəlzələnin ocağı da yerin 7 kilometr dərinliyində olub.

 

İtki və dağıntılar barədə məlumat verilməyib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər