Ermənistanda 44 günlük müharibədən sonra itkin düşmüş hesab olunan hərbçilərin sayı barədə son məlumat açıqlanıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hazırda 59 erməni əsgərinin rəsmi şəkildə itkin düşmüş hesab olunduğu bildirilib.
Qeyd edək ki, Ermənistan tərəfi II Qarabağ müharibəsində cəmi 3825 hərbçi itirdiyini iddia edir. Lakin bu rəqəmin daha artıq olduğu istisna deyil.