ABŞ prezidenti Co Bayden fevralın 20-də Polşaya səfər edəcək.
Modern.az "RBK Ukraine"a istinadən xəbər verir ki, onun Polşada bir sıra görüşlər keçirməsi planlaşdırılıb.
Səfərin baş tutduğu gündən bir gün sonra - fevralın 21-də o, Polşa xalqına müraciət edəcək. Baydenin çıxışını hər kəs izləyə biləcək.
Daha sonra ABŞ lideri Polşa prezidenti Anjey Duda ilə görüşəcək. Fevralın 22-də Varşavada beynəlxalq görüş planlaşdırılır. Görüşə Ukrayna prezidenti Volodimir Zelenski də qatıla bilər.
Məlumata görə, liderlər birgə müdafiə və Ukraynanı necə dəstəkləməkdə davam edəcəkləri barədə danışacaqlar. Bildirilib ki, Bayden həmçinin media nümayəndələri ilə danışmaq imkanı əldə edəcək.
ABŞ prezidentinin Polşaya səfəri fevralın 22-də başa çatacaq.