Modern.az

Türkiyədəki zəlzələ qorxunc fəlakətdir - Baş katib

Türkiyədəki zəlzələ qorxunc fəlakətdir - Baş katib

Dünya

16 Fevral 2023, 14:04

Türkiyədə baş vermiş zəlzələ NATO-nun qurulduğu dövrdən bəri alyansa üzv ölkələrin ərazisində qeydə alınan ən qorxunc və ölümcül fəlakətdir.

 

Modern.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, NATO-ya üzv olan bütün ölkələrdə Türkiyəyə milyonlarla avro yardım göstərilməsini hədəfləyən kampaniyalar təşkil edilir.

 

Yens Stoltenberq bunu həmrəyliyin rəmzi kimi dəyərləndirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?