Rusiya tərəfindən ilhaq edilən Krım yarımadasının şimalında yerləşən Armyansk şəhərində partlayış baş verib.
Modern.az xəbər verir ki, bu barədə "Krım. Realii" kanalı məlumat yayıb.
Şahidlərin sözlərinə görə, ərazidə hava hücumundan müdafiə sistemləri işləyib.
Məlumata əsasən, Krımın şimalında üç güclü partlayış səsi eşidilib. Rusiyanın təyin etdiyi "rəsmilər" hələlik hadisə barədə məlumat verməyib.
Akif İsmayılov