Modern.az

Rusiyanın atdığı daha bir raket Moldovaya düşdü

Rusiyanın atdığı daha bir raket Moldovaya düşdü

16 Fevral 2023, 17:24

Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Moldova ərazisinə düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Moldovanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirlik Briçeni bölgəsində tapılan raket qalıqlarının fotosunu dərc edib. Bildirilib ki, raketin qalıqları Sərhəd Polisinin patrulu tərəfindən aşkar edilib.

 

Məlumatda qeyd olunub ki, bu, Ukraynada müharibənin başlamasından bəri Moldova Respublikası ərazisinə düşdən dördüncü raketdir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə