Modern.az

\"YouTube\"un baş direktoru istefa verdi

\

16 Fevral 2023, 23:30

"YouTube" video platformasının baş direktoru Suzan Vojsiski istefa verib.

 

Modern.az xəbər verir ki, bu barədə o, öz bloqunda məlumat yayıb.

 

O, bu vəzifəyə 9 il əvvəl təyin edilib. Vojsiski bundan sonra zamanını ailəsinə və şəxsi layihələrinə sərf edəcəyini bildirib.

 

Vojsiskini "YouTube"un hazırkı direktoru Neil Moan əvəz edəcək. O, istefaya getməsinə baxmayaraq, bəzi "YouTube" komandaları ilə işləməyə davam edəcəyini qeyd edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?