Modern.az

Rusiya yenə dinc sakinlərə atəş açdı - Ölənlər var

Rusiya yenə dinc sakinlərə atəş açdı - Ölənlər var

17 Fevral 2023, 00:52

Fevralın 16-da Rusiya ordusu Ukraynanın Baxmut şəhərinə artilleriya zərbələri endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, mərmilər şəhərin yaşayış məntəqələrinə düşüb və zərbələr nəticəsində 5 nəfər həlak olub.

 

"Rusiya ordusunun hücumu nəticəsində üç kişi və iki qadın həlak olub. Doqquz vətəndaş müxtəlif dərəcəli qəlpə yaraları alıb", - deyə hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər