Modern.az

İsraildən İranla bağlı kritik mesaj: Bütün vasitələr masadadır 

İsraildən İranla bağlı kritik mesaj: Bütün vasitələr masadadır 

17 Fevral 2023, 16:18

İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün mümkün vasitələri müzakirə edir.

 

Modern.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.

 

O qeyd edib ki, beynəlxalq ictimaiyyət Tehranın istehsal etdiyi silahların yayılmasının qarşısını almaq üçün hərəkətə keçməlidir.

 

“İran hazırda ən azı 50 fərqli ölkəyə pilotsuz uçuş aparatları və raketlər də daxil olmaqla qabaqcıl silahların satılması üçün müzakirələr aparır", - deyə nazir bildirib.

 

Münhen Təhlükəsizlik Konfransında çıxış edən Qallant İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün vasitələrin masada olduğunu vurğulayıb: "Biz İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün bütün mümkün vasitələri - təkrar edirəm, bütün mümkün vasitələri masada saxlamalıyıq".

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər