Modern.az

Finlandiya İsveçsiz də NATO-ya üzv olmaq istəyir

Finlandiya İsveçsiz də NATO-ya üzv olmaq istəyir

17 Fevral 2023, 19:23

Türkiyə İsveçin üzvlüyünü ratifikasiya etməsə, Finlandiya NATO-ya üzvlük ərizəsini geri götürmək niyyətində deyil.

 

Modern.az xəbər verir ki, bunu Finlandiya prezidenti Sauli Niinistö bildirib.

 

"Biz ərizəmizi geri götürmək istəmirik və edə bilmərik. Biz ərizə verməklə öz iradəmizi ifadə etmişik və sadəcə imtina edib, onu geri götürə bilmərik", - deyə prezident qeyd edib.

 

Dövlət başçısı Finlandiya və İsveçin Şimali Atlantika Alyansına ən qısa zamanda qoşulmaq istədiklərini vurğulayıb.

 

"Bu, bizim iradə ifadəmizdir. Türkiyənin bu iradə ifadəsinə münasibəti yalnız və müstəsna olaraq Türkiyədən asılıdır", - deyə o əlavə edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər