Modern.az

Zəlzələdən 278 saat sonra xilas edildi - VİDEO

Zəlzələdən 278 saat sonra xilas edildi - VİDEO

Dünya

17 Fevral 2023, 19:35

Türkiyənin Hatay bölgəsində dağıntılar altından daha bir nəfər xilas edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Zəlzələnin baş verməsindən 278 saat sonra 48 yaşlı Hakan Yasinoğlu dağıntılar altından çıxarılıb. Ona ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ zamanı ölənlərin sayı 38 mini keçib. 

 

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza