Pakistanın Kəraçi bölgəsində 8-10 silahlı şəxs polis kompleksinə hücum edib.
Modern.az xəbər verir ki, bu barədə yerli "GeoTV" kanalı məlumat yayıb.
Hücum edən şəxslərdən ikisinin öldürüldüyü bildirilir. Silahlıların hücumu zamanı bir polis, bir gözətçi və bir xilasedici yaralanıb, onlar xəstəxanaya aparılıb.
AFP agentliyinin məlumatına görə, hücum edilən kompleksin ərazisində bir neçə polis binası, həmçinin zabitlər və onların ailə üzvlərinin iqamətgahları var.
"Reuters" agentliyi bildirir ki, hücum bölgəsində partlayış və davamlı atışma səsləri eşidilir.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Akif İsmayılov