Modern.az

Putin Rüstəm Muradova general-polkovnik rütbəsi verdi

Putin Rüstəm Muradova general-polkovnik rütbəsi verdi

17 Fevral 2023, 22:48

Rusiya ordusunun Şərq Hərbi Dairəsinin komandiri Rüstəm Muradova general-polkovnik rütbəsi verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

 

Qərb Hərbi Dairəsinin komandiri Yevgeni Nikiforov da general-polkovnik rütbəsi ilə təltif olunub.

 

Bundan əvvəl general-leytenant rütbəsi daşıyan Rüstəm Muradov ötən il Şərq Hərbi Dairəsinin komandiri təyin olunub. 

 

Rüstəm Muradov 21 mart 1973-cü ildə Dağıstan Muxtar Respublikasının Dərbənd rayonunun Çinar kəndində anadan olub. Milliyyətcə tabasarandır. 11 noyabr 2020-ci ildən 2021-ci il sentyabrın 9-dək Azərbaycan ərazisindəki Rusiya sülhməramlı kontingentinin komandiri olub.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər