Modern.az

Münhendən yeni xəbər: Paşinyan da panelə qatılacaq

Münhendən yeni xəbər: Paşinyan da panelə qatılacaq

17 Fevral 2023, 23:40

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçiriləcək panelin iştirakçı siyahısına dəyişiklik edilib.

 

Modern.az-ın məlumatına görə, Ermənistan Baş naziri Nikol Paşinyanın adı iştirakçı siyahısına daxil edilib.

 

Bundan əvvəl paneldə Azərbaycan Prezidenti İlham Əliyevin, Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin və ATƏT-in Baş katibi Helqa Şmidin iştirak edəcəyi qeyd olunmuşdu, Paşinyanın adı iştirakçı siyahısında yox idi.

 

Diplomatik mənbələr Paşinyanın panel çərçivəsində müzakirələrə qatılmaqdan imtina etdiyini bildirmişdi. Lakin sonradan erməni baş nazirin adı iştirakçılar sırasında əlavə edilib.

 

Qeyd edək ki, Almaniyanın Münhen şəhərində 59-cu Təhlükəsizlik Konfransı keçirilir. Konfrans fevralın 19-dək davam edəcək.

 

 

***

Göründüyü kimi, bu gün açıqlanan ilk siyahıda Nikol Paşinyanın adı yer almamışdı.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər