Rusiyaya casusluqda təqsirli bilinən Britaniya səfirliyinin keçmiş işçisi həbs edilib.
Modern.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Bildirilib ki, 58 yaşlı britaniyalı Devid Smit ölkəsinin Berlindəki səfirliyində mühafizəçi işləyərkən işçilərin ofislərinə daxil olub və onların kompüterlərində tapdığı gizli sənədlərin sürətini çıxararaq Rusiyaya ötürüb.
Bundan əlavə, o, müdafiə işçilərinin ünvanları və telefon nömrələri daxil olmaqla şəxsi məlumatlardan ibarət dosye tərtib edib və səfirliyin təhlükəsizlik kamerasının görüntülərini yükləyib. Smit bu məlumatları Rusiyanın Berlindəki səfirliyinə ötürüb. O, Britaniyanın əks-kəşfiyyat qrupları tərəfindən 2020-ci ilin noyabrında Potsdamdakı mənzilində saxlanılıb.
London məhkəməsi onu 13 ildən artıq həbs cəzasına məhkum edib.
Akif İsmayılov