Modern.az

Paşinyan Avropa rəsmiləri ilə görüşlər keçirdi - FOTO 

Paşinyan Avropa rəsmiləri ilə görüşlər keçirdi - FOTO 

18 Fevral 2023, 00:44

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

 

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüş zamanı tərəflər Ermənistan-Avropa İttifaqı münasibətlərini müzakirə edib.

 

Paşinyan, həmçinin ATƏT-in baş katibi Helqa Şmidtlə görüş keçirib. Görüş zamanı Laçın yolundakı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

 

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər