Modern.az

ABŞ-da silahlı hücum - Ölənlər var

ABŞ-da silahlı hücum - Ölənlər var

18 Fevral 2023, 08:07

ABŞ-ın Missisipi ştatında yerləşən Arkabutla yaşayış məntəqəsində silahlı şəxs insanlara atəş açıb. 

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, hadisə nəticəsində altı nəfər həlak olub. Hadisənin motivləri hələlik məlum deyil.

 

Hücumda 51 yaşlı Riçard Deyl Krum şübhəli bilinir. O, həbs edilib. Şübhəli şəxsdən ov tüfəngi və iki tapança götürülüb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər