Modern.az

Aİ müşahidəçiləri Ermənistana bu tarixdə GƏLƏCƏK 

Aİ müşahidəçiləri Ermənistana bu tarixdə GƏLƏCƏK 

18 Fevral 2023, 08:23

Xəbər verdiyimiz kimi, Ermənistan Baş naziri Nikol Paşinyan Almaniyanın Münhen şəhərində Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen ilə görüşüb.

 

Modern.az bildirir ki, AK rəhbəri görüşün yekunları barədə özünün "Twitter" hesabında paylaşım edib.

 

O qeyd edib ki, Avropa İttifaqı (Aİ) gələn həftə Ermənistana mülki missiya göndərəcək. Leyen bildirib ki, missiyaya 100 nəfər daxil olacaq.

 

“Avropa İttifaqı gələn həftə sülh və sabitliyi təşviq etmək üçün 100 nəfərlik missiya göndərəcək”, - deyə xanım fon der Leyen yazıb.

 

Xatırladaq ki, Avropa İttifaqının xarici işlər nazirləri yanvarda Ermənistana yeni mülki müşahidəçilər missiyası göndərmək qərarına gəliblər. Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Aİ nümayəndələri regionda mövcud ziddiyyətləri daha da gücləndirəcək.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər