Modern.az

Yük maşınından 18 meyit tapıldı

Yük maşınından 18 meyit tapıldı

18 Fevral 2023, 08:55

Sofiyadan 16 kilometr şimalda yerləşən Lokorsko kəndi yaxınlığında yük maşınında 18 qeyri-qanuni miqrantın cəsədi tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə BTA agentliyi Bolqarıstan Daxili İşlər Nazirliyinə (DİN) istinadla məlumat yayıb.

 

Bildirilib ki, ölənlərin əksəriyyəti əfqan əsilli miqrantlardır. Onların arasında 6-7 yaşlarında uşaq meyiti də var.

 

Məlumata görə, yük maşınında taxtaların altında gizlənmiş 50-dən çox insan olub. Sürücü hadisə yerindən qaçıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər