Modern.az

İranda etirazlar qızışır - Xalq istefa tələb edir

İranda etirazlar qızışır - Xalq istefa tələb edir

Dünya

18 Fevral 2023, 11:06

İranda cümə axşamı gecə saatlarında başlayan aksiyalar davam edir.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, paytaxt Tehran daxil olmaqla ölkənin böyük şəhərlərində əsasən gənclərdən ibarət etirazçılar istefa şüarları səsləndirir.

 

Tehranın bir neçə məhəlləsində, eləcə də Xuzistan vilayətinin Kərəc, İsfahan, Qəzvin, Rəşt, Ərak, Məşhəd, Sənəndəc, Qorvə və İzeh şəhərlərində nümayişlər keçirilib 

 

İranın bəluc azlığının məskunlaşdığı cənub-şərq Sistan-Bəlucistan vilayətinin mərkəzi Zahedanda da böyük etiraz nümayişləri təşkil olunub.

 

Aksiyalar iki etirazçının edam edilməsindən 40 gün sonraya təsadüf edir. Mohammad Mehdi Karami və Mohammad Hosseini yanvarın 8-də İran hakimiyyəti tərəfindən edam edilib. Fars rejiminin bu addımı xalqı hiddətləndirib.

 

Xatırladaq ki, ötən ilin sentyabr ayından başlayaraq İranda genişmiqyaslı etiraz aksiyaları keçirilir. Aksiyalarda 20 minə yaxın adam həbs edilib, 4 nəfər isə edam olunub. Təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı 70-i azyaşlı olmaqla 500-dən çox insanın öldüyü deyilir.

 

Akif İsmayılov 

Bu xəbər ilə bağlı
İranı yenidən etirazlar BÜRÜDÜ
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU