Modern.az

Rusiyanı müdafiə edən baş nazir Ukraynaya dəvət edildi 

Rusiyanı müdafiə edən baş nazir Ukraynaya dəvət edildi 

18 Fevral 2023, 14:20

Macarıstanın baş naziri Viktor Orban Ukraynaya dəvət olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini İqor Jovkva “Azadlıq” radiosuna müsahibəsində bildirib.

 

O deyib ki, Kiyev Orbanın Ukraynaya səfər edəcəyinə ümid edir.

 

Jovkva qeyd edib ki, fevralın 9-da Brüsseldə Avropa İttifaqı liderlərinin sammiti çərçivəsində Prezident Volodimir Zelenski Macarıstanın baş naziri ilə görüşüb: “Macarıstanın baş naziri ilk olaraq Ukrayna prezidentinə yaxınlaşıb və onun əlini sıxıb".

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər