Modern.az

Ukraynaya qırıcılar müharibədən sonra verilə bilər - Nazir

Ukraynaya qırıcılar müharibədən sonra verilə bilər - Nazir

18 Fevral 2023, 15:16

Ukrayna Britaniyadan müasir “Tayfun” qırıcılarını yalnız müharibə başa çatdıqdan sonra ala biləcək.

 

Modern.az xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Ben Uolles “Spiegel” nəşrinə müsahibəsində bildirib.

 

Britaniyalı nazirin sözlərinə görə, qırıcı təyyarələrin sürətli çatdırılması mümkün olmayacaq. O qeyd edib ki, Britaniya ukraynalı pilotların təliminə başlayacaq, ancaq müasir qırıcıları idarə etməyi öyrənmək böyük səy və bir neçə il tələb edir.

 

"Bir təyyarə üçün 150-yə yaxın texnik lazımdır, çünki sistemlər çox mürəkkəbdir”, - deyə nazir qeyd edib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər