Modern.az

Avropa liderləri Ukraynanı müzakirə etdilər

Avropa liderləri Ukraynanı müzakirə etdilər

18 Fevral 2023, 15:43

Böyük Britaniyanın baş naziri Rişi Sunak Almaniya kansleri Olaf Şoltsla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.

 

Bildirilir ki, görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

 

Görüş zamanı Ukraynaya yardım və Rusiya enerjisindən asılılığın aradan qaldırılması müzakirə olunub. Liderlər eyni zamanda Ukraynaya döyüş tankları və digər avadanlıqların tədarükünü nəzərdən keçiriblər.

 

Bundan əlavə, tərəflər NATO-nun gücləndirilməsinin vacibliyi, İsveç və Finlandiyanın alyansa üzvlüyü barədə fikir mübadiləsi aparıblar.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər