Modern.az

ABŞ Rusiya ilə Çinin yaxınlaşmasından narahatdır

ABŞ Rusiya ilə Çinin yaxınlaşmasından narahatdır

18 Fevral 2023, 17:49

ABŞ Ukraynada hərbi əməliyyatların başlamasından sonra Rusiya və Çin arasında münasibətlərin yaxşılaşmasından narahatdır.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris Münhen Təhlükəsizlik Konfransında deyib.

 

“Biz Pekinin Moskva ilə münasibətlərini yaxşılaşdırmasından narahatıq”, - deyə Harris bildirib.

 

Qeyd edək ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komissiyasının ofisinin rəhbəri Van Yii Moskvaya səfər edəcək.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər