Fransa Ukraynanın hazırkı müharibədə qələbəsini dəstəkləyir, lakin Rusiyanın “əzilməsini” istəmir.
Modern.az AFP-yə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamasında deyib.
"Mən Rusiyanın Ukraynada məğlub olmasını, Ukraynanın isə öz mövqeyini müdafiə edə bilməsini istəyirəm”, - deyə o qeyd edib. Fransa lideri bildirib ki, müharibə nəticəsində heç bir tərəf böyük üstünlük əldə edə bilməyəcək.
Makron əlavə edib ki, bəzilərindən fərqli olaraq o, müharibənin Rusiyanın özünə yayılmasını istəmir: "Bu adamlar Rusiyanı əzmək istəyirlər. Bu, heç vaxt Fransanın mövqeyi olmayıb və olmayacaq".
Akif İsmayılov