Modern.az

Niderland rus diplomatları ölkədən qovur

Niderland rus diplomatları ölkədən qovur

18 Fevral 2023, 21:22

Niderland ölkədəki Rusiya diplomatlarının sayını məhdudlaşdıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə Niderland Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Bildirilib ki, ölkə Sankt-Peterburqdakı konsulluğunu və Amsterdamdakı Rusiya ticarət nümayəndəliyini bağlayacaq.

 

Nazirlik bəzi rus diplomatların iki həftə ərzində Niderlandı tərk etməli olduğunu bəyan edib.

 

“Rusiya diplomatiya pərdəsi altında gizli şəkildə kəşfiyyat agentlərini Niderlanda köçürməyə cəhd etməkdə davam edir. Biz bunun baş verməsinə icazə verə bilmərik və verməməlityik”, - deyə xarici işlər naziri Vopke Hoekstra bildirib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər