Münhen Təhlükəsizlik Konfransında iştirak edən ABŞ-ın vitse-prezidenti Kamala Harrisin əsas təyyarəsində nasazlıq yaranıb.
Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin jurnalisti Cennifer Ceykobs məlumat yayıb.
Bildirilir ki, təyyarədəki nasazlıq səbəbindən xanım Harris “Boeing C-17 Globemaster” hərbi-nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıtmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı fevralın 19-dək davam edəcək.