Modern.az

Qərbə meydan oxuyan Çin Rusiyaya dronlar göndərir

Qərbə meydan oxuyan Çin Rusiyaya dronlar göndərir

18 Fevral 2023, 23:31

Rusiya sanksiyalara baxmayaraq, Ukraynaya qarşı müharibədə Çinin DJI şirkətindən dronlar alır.

 

Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

 

Qəzet yazır ki, dronların bir hissəsi Rusiya distribyutorları, digərləri isə Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə daşınır.

 

Bundan əlavə, bəzi pilotsuz uçuş aparatları və onların hissələri Avropa İttifaqı vasitəsilə daşınıb.

 

Pentaqon narahatdır ki, bu pilotsuz uçuş aparatları Rusiyanın hərbi səylərini gücləndirir, həmçinin Çinə kritik kəşfiyyat məlumatları toplamağa imkan verir.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər