Modern.az

Ən böyük risk Putinin qalib gəlməsidir - NATO rəhbəri

Ən böyük risk Putinin qalib gəlməsidir - NATO rəhbəri

18 Fevral 2023, 23:50

Putin sülh istəmir, müharibə və yeni hücumlar planlaşdırır.


Modern.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Münxen Təhlükəsizlik Konfransında deyib.

 

O, Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstəyin gücləndirilməsinin vacib olduğunu bildirib. 


"Ukraynanın qalib gəlməsi üçün ona lazım olanı verməliyik. Bəzən Ukraynaya dəstəyimizin eskalasiyaya səbəb ola biləcəyindən narahat olurlar. Aydındır ki, risksiz seçim yoxdur. Ən böyük risk Putinin qalib gəlməsidir. Əgər Putin Ukraynada qalib gəlsə, ona və digər avtoritar liderlərə mesaj ondan ibarət olacaq ki, onlar istədiklərini əldə etmək üçün güc tətbiq edə bilərlər. Bu isə dünya üçün təhlükəlidir", - deyə Baş katib vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər