Modern.az

Blinken Çinin baş diplomatı ilə görüşdü

Blinken Çinin baş diplomatı ilə görüşdü

19 Fevral 2023, 00:50

ABŞ dövlət katibi Antoni Blinken Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Çinin baş diplomatı Vanq Yi ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Agentlik bildirir ki, Çin və ABŞ diplomatları hava şarı ilə bağlı iki dövlət arasında yaranan gərginlik fonunda görüş keçirib. Görüşün detalları hələlik açıqlanmayıb.

 

Qeyd edək ki, ABŞ hava məkanında Çinə məxsus hava şarını vurub. Hava şarı ilə əlaqədar gərginlik fonunda Blinken Çinə səfərini təxirə salıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər