Modern.az

\"Əvvəl müdafiə silahları deyirdilər, indi isə...\" - Rusiyanın ABŞ-dakı səfiri

\

19 Fevral 2023, 09:39

"ABŞ Ukrayna böhranını qızışdırmaq üçün öz hərəkətlərinə haqq qazandırmağa çalışır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib.

 

"Bizə qarşı aparılan hibrid müharibənin bir hissəsi kimi Rusiyanı demonlaşdırmaq cəhdləri var. Şübhə yoxdur ki, Vaşinqtonun bu cür hücumlarının məqsədi Ukrayna böhranını qızışdırmaq üçün öz hərəkətlərinə haqq qazandırmaqdır", - deyə o söyləyib.

 

"Bir vaxtlar ABŞ Ukraynanı müdafiə silahları ilə təmin edəcəklərini demişdi, indi isə ağır zirehli texnikaları, artilleriya qurğularını, uzaqmənzilli raket sistemlərini verirlər", - səfir əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər