Modern.az

Rusiya ilə Ermənistanı birləşdirən yol yenə BAĞLANDI

Rusiya ilə Ermənistanı birləşdirən yol yenə BAĞLANDI

19 Fevral 2023, 10:34

Rusiya-Gürcüstan sərhədindən keçən Yuxarı Lars yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

 

Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, hazırda ərazidə güclü qar yağması müşahidə olunur.

 

Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb. Buna səbəb ekstremal hava şəraitidir. Yolun nə vaxt açılacağı məlum deyil.

 

Qeyd edək ki, bu yol hazırda Ermənistanla Rusiyanı birləşdirən yeganə yoldur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər