Modern.az

TBMM-nin fəaliyyətini dayandırma müddəti uzadıldı

TBMM-nin fəaliyyətini dayandırma müddəti uzadıldı

19 Fevral 2023, 13:48

Türkiyə Böyük Millət Məclisinin (TBMM) fəaliyyətinin dayandırılması müddəti 28 fevraladək uzadılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, ölkə parlamentinin 28 fevraladək fəaliyyətini dayandırması barədə qərar qəbul edilib.

 

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının rəsmisi Mustafa Elitaş deputatların əksəriyyətinin zəlzələ bölgəsində olduğunu diqqətə çatdırıb.

 

Qeyd edək ki, fevralın 6-da baş vermiş zəlzələyə görə bundan əvvəl parlamentin qısa müddət üçün fəaliyyətini dayandırması barədə qərar verilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi