Modern.az

Yaponiya ABŞ-la təlim keçirdi - Şimali Koreyaya cavab

Yaponiya ABŞ-la təlim keçirdi - Şimali Koreyaya cavab

Dünya

19 Fevral 2023, 16:14

Yaponiya və ABŞ aviasiya sahəsində birgə təlim keçirib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ümumilikdə təlimlərə 9 döyüş təyyarəsi cəlb edilib.

 

Təlimlərin Şimali Koreyanın qitələrarası ballistik raket buraxmasına cavab xarakteri daşıdığı bildirilir.

 

Qeyd edək ki, dünən Şimali Koreya “Hvason-15” raketini şərti hədəfi məhv etmək üçün buraxıb və raket Yaponiyanın 200 kilometrliyində okeana düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu