Türkiyənin Malatya vilayətində zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) rəsmi tviter səhifəsində məlumat yayıb.
Rixter şkalası ilə 4.7 balla qiymətləndirilən zəlzələ vilayətin Yeşilyurt rayonunda qeydə alınıb. Ocaq yerin 7 kilometr dərinliyində yerləşib.
İtki və dağıntılarla bağlı məlumat verilməyib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Zəlzələdə ölənlərin sayı 40 min 642 nəfərə çatıb.