Modern.az

İmperialist güc Qərb deyil, Rusiyadır - Borrel

İmperialist güc Qərb deyil, Rusiyadır - Borrel

19 Fevral 2023, 17:07

"Qlobal Cənub"u Rusiyanın bir imperiya kimi fəaliyyət göstərdiyinə inandırmaq lazımdır.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

 

O bildirib ki, Avropa İttifaqı Rusiyanın təbliğatına qarşı çıxmaq üçün “qlobal cənub” ölkələrinin etimadını bərpa etməlidir. Borrelin sözlərinə görə, Aİ cənubu inandırmalıdır ki, imperialist güc kimi çıxış edən Qərb deyil, Rusiyadır.

 

“Mən dünyanı, xüsusən də qlobal cənuba səyahət edirəm və çoxlu ikili standartlar ittihamları ilə Ukraynadakı müharibəni Qərb və Rusiya arasında münaqişəyə çevirmək istəyən Moskva hekayəsinin nə qədər güclü olduğunu görürəm”, - deyə Borrel əlavə edib.

 

Qeyd edək ki, "Qlobal Cənub" kimi adətən Latın Amerikası, Afrika, Asiya və Okeaniya ölkələri adlandırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu