Modern.az

Çin Rusiyaya görə ABŞ-a meydan oxudu

Çin Rusiyaya görə ABŞ-a meydan oxudu

Dünya

19 Fevral 2023, 17:14

"Rəsmi Pekin ABŞ-ın Çin-Rusiya münasibətlərini təhdid etmək cəhdlərini heç vaxt qəbul etməyəcək".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Münhendə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşü zamanı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyası ofisinin rəhbəri, Siyasi Büronun üzvü Vanq Yi deyib.

 

“Biz heç vaxt ABŞ-ın Rusiya-Çin münasibətlərinə təzyiq göstərmək cəhdlərini və hətta hədələrini qəbul etməyəcəyik”, - deyə o əlavə edib.

 

Qeyd edək ki, V.Yi də Münhen Təhlükəsizlik Konfransına dəvətlilər siyahısında olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu