Modern.az

Gürcüstanda eyni vaxtda 3 zəlzələ oldu

Gürcüstanda eyni vaxtda 3 zəlzələ oldu

Dünya

19 Fevral 2023, 17:31

Gürcüstanın qərbində 3 zəlzələ baş verib.

 

Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzinin məlumat yayıb.

 

Bildirilib ki, Ozurqeti və Çoxatauri yaşayış məntəqələri yaxınlığında eyni vaxtda üç zəlzələ qeydə alınıb. Məlumata görə, yeraltı təkanlardan birincinin gücü 3.6, ikincinin gücü 3, üçüncünün isə 3.1 bal olub.

 

İtkilər və ya dağıntı barədə informasiya yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu