Fransa Ukraynaya AMX-10 zirehli maşınlarının tədarükünə başlayacaq.
Modern.az BBC-yə istinadən xəbər verir ki, onların ilk partiyası gələn həftənin sonunda Kiyevə təhvil veriləcək.
İlk partiyada Ukraynaya nə qədər zirehli maşın göndəriləcəyi dəqiq açıqlanmayıb.
Qeyd edək ki, altı təkəri olan AMX-10-u bəzən "yüngül tanklar" adlandırırlar. AMX-10 kəşfiyyat, piyadalara dəstək üçün və yüngül təkərli özüyeriyən artilleriya qurğuları kimi istifadə edilə bilər.