Modern.az

Ukrayna aprelin sonunadək cəmi 50 tank alacaq 

Ukrayna aprelin sonunadək cəmi 50 tank alacaq 

Dünya

19 Fevral 2023, 19:23

2023-cü ilin aprelinə qədər Ukrayna Qərbdən yalnız 50 tank ala biləcək.

 

Modern.az xəbər verir ki, bu barədə "The Times" qəzeti yazıb

 

Nəşrin məlumatına görə, Kiyevin tərəfdaşları təxminən 320 tank göndərəcəklərini vəd ediblər.

 

Mütəxəssislərin fikrincə, müxtəlif səbəblərdən Ukrayna Silahlı Qüvvələri cəmi 50 tank alacaq ki, bu da hərbi əməliyyatların gedişinə ciddi təsir göstərə bilməyəcək. 

 

Bunu artıq yanvar ayında Ukrayna prezidenti Volodimir Zelenski də bəyan edib. Onun sözlərinə görə, “min tankı olan” Rusiya ordusu ilə qarşıdurmada 10 və ya 50 tank kömək etməyəcək.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu